Kosmosu lərzəyə gətirən sirli partlayış: Yaradılışın təməli silkələndi
    • Dünən, 21:48
    • 209

Kosmosu lərzəyə gətirən sirli partlayış: Yaradılışın təməli silkələndi

Astronomlar Yer kürəsindən 500 milyon işıq ili uzaqlıqdakı cırtdan qalaktikada çox sürətli və parlaq partlayış aşkar ediblər. İndiyədək bu fenomenin mənşəyi sirr olaraq qalırdı, amma artıq elm adamları bunun nə olduğu barədə təxminlərə sahibdirlər.

News24.az xəbər verir ki, bu barədə “The Astrophysical Journal” dərc olunan elmi məqalədə deyilir.

Son araşdırmaya görə, belə bir partlayış orta kütləli qara dəlik yaxınlıqdakı ulduzu udduğu zaman baş verə bilər.

CSS161010 adlı partlayışın cəmi 4 gündə yüksək parlaqlıq həddinə çatdığı, ardınca 2.5 gündə əhəmiyyətli dərəcədə zəiflədiyi deyilir. Bu günə qədər astronomlar cəmi 12 belə sirli kosmik partlayış qeydə alıblar. CSS161010-dan alınan yeni məlumatlar elm adamlarını təəccübləndirib, çünki digər oxşar hadisələrdə oxşar xüsusiyyətlər müşahidə etməmişdilər. Əvvəlcə onun fövqəlnova ola biləcəyi güman edilirdi, amma ətraflı təhlil alimləri bu nəzəriyyəni rədd etməyə məcbur edib.

Elm adamlarının fikrincə, radiasiyanın inkişafı superkütləli qara dəliklərin yerləşdiyi qalaktikaların aktiv nüvələrində müşahidə olunur. Bu, partlayışların kiçik miqyasda da olsa, qara dəliklə də bağlı olduğunu göstərir.

Astronomlar güman edirlər ki, kütləsi Süd Yolundan təxminən 400 dəfə az olan cırtdan qalaktikanın mərkəzində orta kütləli qara dəlik var, bu, Günəşin kütləsindən təxminən 100-100 000 dəfə böyükdür.

Hazırda kosmosda identifikasiyada çətinliklər səbəbindən çox az sayda belə obyekt aşkar edilib. Bununla belə, bu cür qara dəliklərin tədqiqi bu “ac obyektlər”in əmələ gəlməsi və təkamül yollarını anlamaq üçün çox vacibdir.

Alimlər əmindirlər ki, orta kütləli qara dəliklər Süd Yolu kimi böyük qalaktikalardakı superkütləli qara dəliklərin tikinti bloklarıdır./Teleqraf.com/