FİFA 2024-cü ilin ən yaxşı komandasının adını açıqlayıb
    • Bu gün, 10:10
    • 92

FİFA 2024-cü ilin ən yaxşı komandasının adını açıqlayıb

Beynəlxalq Futbol Federasiyası (FIFA) Dohada keçirilən “The Best” mərasimi çərçivəsində 2024-cü il üçün fərdi mükafatları təqdim edib. İlin simvolik komandası da müəyyənləşib.

News24.az xəbər verir ki, FİFA-nın versiyasına görə ilin ən yaxşı futbolçusu "Real Madrid"in braziliyalı hücumçusu Vinisius Junior olub. “Barselona”dan Aitana Bonmati ən yaxşı futbolçu seçilib.

İlin ən yaxşı məşqçisi mükafatını Los Blankosun italiyalı məşqçisi Karlo Ançelotti alıb. Qadınlar üçün ən yaxşı məşqçi ABŞ yığmasını Parisdə keçirilən Olimpiya Oyunlarında qələbəyə aparan ingilis Emma Hayes idi.

İlin ən yaxşı qapıçısı adına kuboku İngiltərənin "Aston Villa" klubunun argentinalı qapıçısı qazanıb. Qadınlar üçün isə çikaqolu Alyssa Niher oxşar mükafata layiq görülüb.

Ən yaxşı qola görə Frans Puşkaş mükafatının qalibi “Everton”a üstdən zərbə ilə qol vuran “Mançester Yunayted”in hücumçusu Alexandro Qarnaço olub.

2024 FIFA İlin Komandası belə görünür:

Qapıçı – Emiliano Martinez (Aston Villa);

Müdafiəçilər – Daniel Karvaxal, Antonio Rudiger (hər ikisi Real Madrid), Ruben Dias (Mançester Siti), Uilyam Saliba (Arsenal);

Yarımmüdafiəçilər - Jude Belingham, Toni Kroos (hər ikisi Real Madrid), Rodri (Mançester Siti);

Hücumçular : Lamin Yamal (Barselona), Erlinq Haaland (Mançester Siti), Vinisius Junior (Real Madrid).


Ağa Dadaşzadə