-
- 11-07-2019, 15:34
- 703
İşğalçı Ermənistana Donald Tuskdan ZƏRBƏ
Bakıya səfərindən sonra Yerevanda görüşlər keçirən Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Donald Tusk erməniləri məyus edib.
News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən sonra keçirilən mətbuat konfransında Aİ rəsmisi Dağlıq Qarabağ probleminin yalnız sülh yolu ilə həll ediləcəyini vurğulayıb. Ermənistan hökumətinin başçısı isə səfərin yekunlarını şərh edərkən bu məsələyə toxunmayıb.
Eyni zamanda, səfərin yekunlarını şərh edən erməni politoloqlar Donald Tuskun bəyanatlarından məyus olduqlarını gizlətməyiblər. Siyasi şərhçi Armen Badalyan “Sputnik-Armenia” saytına müsahibəsində bildirib ki, avropalı siyasətçinin Bakıda keçirilən mətbuat konfransında Aİ-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan etməsi, lakin nə orada, nə də Yerevanda “millətlərin öz müqəddəratını təyin etməsi” hüququndan danışmaması erməni ictimaiyyətində narazılıq doğurub.
Donald Tuskun Aİ Şurasının Prezidenti kimi artıq öz səlahiyyətlərini başa vurması ilə özünə təsəlli verən erməni politoloq onun Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən bəyanatından sonra “dünyanın dağılmayacağını” söyləyib. Bu ədalətli mövqeyin problemə şəxsən Tuskun deyil, Aİ-nin rəsmi yanaşmasının nəticəsi olduğunu unudan Badalyan qeyri-peşəkar fikir səsləndirib: “Qarabağ münaqişəsinin nizama salınması üzrə vəzifədən gedən başçının (Donald Tusk) deyil, Aİ Şurasının yeni rəhbərliyinin nə söyləyəcəyi mühümdür”. Problemə dair erməni ritorikasından istifadə edən politoloq onu da əlavə edib ki, problemin həlli ilə Aİ məşğul olmur və bu səbəbdən Donald Tuskun mövqeyi ermənilər üçün o qədər də əhəmiyyətli deyil. “Əlbəttə, Tusk təsadüfi bəyanatlarla çıxış edəcək şəxs deyil, lakin yuxarıda deyilənləri nəzərə alaraq onun sözlərinin əhəmiyyətini şişirtmək lazım deyil”.