Putin Leninin Movzaleydən çıxarılmasından danışdı - YENİLƏNDİ - CANLI YAYIM
    • 19-12-2019, 14:53
    • 665

Putin Leninin Movzaleydən çıxarılmasından danışdı - YENİLƏNDİ - CANLI YAYIM

Rusiya prezidenti Vladimir Putin böyük mətbuat konfransı keçirir.

News24.az xəbər verir ki, konfransda dövlət başçısı Leninin nəşinin Movzaleynən çıxarılması mövzususna da toxunub. V.Putin bunun əleyhinə olduğunu bildirib. 

Putin həmçinin ABŞ-da baş verən hadisələrə də toxunub. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampa qarşı impiçment proseduru ABŞ Demokrat Partiyasının başlatdığı daxili siyasi mübarizədir:"Seçkini itirən partiya, Demokrat Partiyası, başqa yollarla artıq nəticələr əldə etməkdədir. Trampı Rusiya ilə əlbir olmaq ittiham edir. Sonra məlum olur ki, heç bir belə hal olmayıb, bu, impiçmentin əsasını təşkil edə bilməz".

O əlavə edib ki, Rusiya ABŞ ilə münasibətləri yaxşılaşdırmaqda maraqlıdır və kimin hakimiyyətdə olmasından asılı olmayaraq bunu edəcək.

***14:00
Rusiya prezidenti Vladimir Putinin təşkil etdiyi böyük mətbuat konfransı başlayıb. 

News24.az
"TASS"a istinadən xəbər verir ki, mətbuat katibi Dmitri Peskov bildirib ki, dövlət başçısı hər zaman mətbuatla görüşə əvvəlcədən hazırlaşır. Bu dəfə, tədbirdən bir neçə gün əvvəl prezident nazirlər, baş nazir müavinləri, federal qurumların rəhbərləri ilə söhbət edib, ölkədəki sosial-iqtisadi vəziyyət haqqında son məlumatları öyrənib.

V.Putinin ilin yekunlarına aid böyük mətbuat konfransı 15 ildir ki, keçirilir. 

Hazırda keçirilən mətbuat kofransında Ukrayna ilə münasibət, Dünya Antidopinq Agentliyinin rusiyalı idmançıları olimpiya oyunlarından uzaqlaşdırması, səhiyyə və başqa mövzular ətrafında müzakirələr aparılır.