"Müəllim işləmək istəyən kişilərin sayı artıb" TƏHSİL NAZİRİ AÇIQLADI
    • 12-07-2019, 12:00
    • 734

"Müəllim işləmək istəyən kişilərin sayı artıb" TƏHSİL NAZİRİ AÇIQLADI

"Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycanda qadın müəllimlərin sayı üstünlük təşkil edir".

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Ceyhun Bayramov deyib. 

Onun sözlərinə görə, qısa müddətdə orta məktəbdə qadın-kişi müəllimlərinin nisbətinin tarazlaşacağını gözləmək düzgün olmaz: "Ancaq müəllim işləmək üçün müraciət edən kişilərin sayında da artım müşahidə edirik. Ötən illərlə müqayisədə müraciət edən kişi müəllimlərin sayında artım var. Biz bunu böyük məmnunluq hissi ilə qeyd edirik, çünki bütün sahələrdə olduğu kimi təhsildə də daha yaxşı nəticələrin əldə edilməsi üçün balansın qorunması vacibdir. Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycanda qadın müəllimlərin sayı üstünlük təşkil edir".

Nazir onu da əlavə edib ki, müəllim işləmək üçün müraciət edən kişilərin sayında da artım müşahidə edilir: "Ötən illərlə müqayisədə müraciət edən kişi müəllimlərin sayında artım var. Biz bunu böyük məmnunluq hissi ilə qeyd edirik, çünki bütün sahələrdə olduğu kimi təhsildə də daha yaxşı nəticələrin əldə edilməsi üçün balansın qorunması vacibdir".

Afaq Mirayiq