-
- 12-07-2019, 11:41
- 758
"56 mindən çox müəllim qeydiyyatdan keçib" - CEYHUN BAYRAMOV
"Bu il elektron ərizələri qeydiyyatdan keçən müəllimlərin sayı 56 mindən çox olub. Bu, əvvəlki illərlə müqayisədə rekord göstəricidir".
News24.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Ceyhun Bayramov deyib. Nazirin sözlərinə görə, iyulun 8-dən başlayaraq Azərbaycanda mərkəzləşmiş qaydada müəllimlərin işə qəbulu imtahanı keçirilir: "Bu il elektron ərizələri qeydiyyatdan keçirən müəllimlərin sayı 56 mindən çox olub. Bu, əvvəlki illərlə müqayisədə rekord göstəricidir. Test imtahanlarının iyulun 24-nə qədər keçiriləcəyi nəzərdə tutulur. Hazırda hər gün orta hesabla 3200-ə yaxın müəllim test imtahanı verir. Bütün ölkə üzrə orta məktəblərdə vakant yerlərin sayı dəqiqləşdirilir. Yaxın zamanlarda bütün vakant yerlər elan ediləcək. Düşünürük ki, bu il ötən ildəkindən daha çox sayda vakant yer elan olunacaq".
Nazir onu da əlavə edib ki, namizədlərin sayını və rəqabətliliyini nəzərə alaraq gözləntilər ondan ibarətdir ki, vakant yerlər 100 faiz tutulacaq: "Çünki son illərdə təhsilin inkişafı üzrə strategiyaya uyğun aparılan kompleks tədbirlər nəticəsində çox müsbət dinamika müşahidə olunur və müəllimlik peşəsinin çox rəqabətli peşəyə çevrilməsinin şahidiyik".
Afaq Mirayiq