"Cənnətdən gələn mələk" körpənin həyatını xilas etdi - VİDEO
    • 8-08-2018, 10:11
    • 1 616

"Cənnətdən gələn mələk" körpənin həyatını xilas etdi - VİDEO

Sosial şəbəkələrdə yayılan bir videoçarx gündəmə çevrilməkdədir. 

News24.az xəbər verir ki, ABŞ-ın Florida ştatında, restoranda iki uşağı ilə nahar edən ana gözlənilmədən dəhşətli anlar yaşayıb. Yemək yedirdiyi 14 aylıq körpənin boğazında sümük qalınca, uşaq boğulmağa başlayıb. Ana ilk yardımla qızını xilas etməyə çalışsa da, bu nəticəsiz qalıb.

Yaxınlıqda olan polis özünü yetirib, uşağı üzü üstə tutaraq, kürəyinə vurmağa başlayıb və beləliklə balacanı boğulmaqdan qurtarıb.

Bərk qorxu keçirən ana polisi "cənnətdən gələn mələk" adlandıraraq, minnətdarlığını bildirib. İndi adı çəkilməyən polis Floridanın qəhrəmanına çevrilib.