Rusiya gəmisi Aralıq dənizində batdı - İtkin düşənlər var

Rusiya gəmisi Aralıq dənizində batdı - İtkin düşənlər var Hadisə

Aralıq dənizində Rusiya gəmisi batıb.

News24.az Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına istinadla xəbər verir ki, Rusiyanın “Ursa Major” yük gəmisi maşın otağında baş verən partlayışdan sonra Aralıq dənizində batıb.

"SK-Yug şirkətinə məxsus Rusiyanın "Ursa Major" yük gəmisi maşın otağında baş verən partlayışdan sonra Aralıq dənizinin beynəlxalq sularında batıb. 16 ekipaj üzvündən 14-ü (hamısı Rusiya vətəndaşları) xilas edilib. Xilasetmə xidmətinin əməkdaşları tərəfindən İspaniyanın Mursiya bölgəsindəki Kartagena limanına gətirilib”, - məlumatda deyilib.

Məlumatına görə, mərkəzdə, eləcə də Rusiya Nəqliyyat Nazirliyində və xaricdəki diplomatik nümayəndəliklərin növbətçi heyəti vəziyyətə nəzarət edir.


Məryəm İlhamqızı