-
- 24-09-2024, 09:15
- 320
6 yaşlı qız timsaha yem oldu
Malayziyanın Saravak əyalətində timsah çayda üzən qızı yeyib.
News24.az “AsiaOne”-a istinadən xəbər verir ki, altı yaşlı Tsitsiliya İntik adlı qız babası və dostları ilə çaya çimməyə gedən zaman timsah ona hücum edib. Təqaüdçünün gözünün qabağında timsah uşağı suyun altında sürüyüb. Hadisə yerinə 9 dəqiqə sonra xilasedicilər gəlib, lakin həmin an qızı tapmaq artıq mümkün olmayıb.
Teymur Məmmədov