Əbu-Dabiyə ağır zərbə: Yaralılar var

Əbu-Dabiyə ağır zərbə: Yaralılar var Dünya

İranın Əbu-Dabidəki sənaye zonasına raket hücumu nəticəsində beş nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı Əbu-Dabi hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Ələ keçirilmiş ballistik raketlərin qalıqlarının düşməsi nəticəsində beş Hindistan vətəndaşı orta və yüngül dərəcəli xəsarətlər alıb", - məlumatda qeyd edilib.