Paşinyan təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verdi
    • Dünən, 13:38
    • 161

Paşinyan təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı-Qroznı reysi üzrə baş verən təyyarə qəzasının qurbanlarının ailələrinə başsağlığı verib. O, Twitter hesabında paylaşdığı mesajda hadisənin insanlara dərin kədər gətirdiyini vurğulayıb.

News24.az xəbər verir ki, bu barədə o, "X"də yazıb.

Paşinyan paylaşımında belə yazıb:

“Bakı-Qroznı reysi qurbanlarının ailələrinə başsağlığı verirəm. Gündəlik həyatlarını yaşayan insanlara dəyən bu faciə yalnız kədər doğura bilər”.