-
- 26-10-2019, 12:24
- 983
Bakıda sabiq universitet rektorunun xanımının evindən KÜLLÜ MİQDARDA PUL APARDILAR
Bakıda qadına qarşı quldurluq etdiyinə görə məhkum edilmiş dəstə üzvlərindən biri Ali Məhkəməyə müraciət edib.
News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.2-ci, yəni, quldurluq - külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə maddəsi ilə təqsirli bilinərək Şirinov Amil Famil oğlu Ali Məhkəmədən işə yenidən baxılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. Müraciətə hakim Hafiz Nəsibovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi hökmə əsasən Xətai rayonu ərazisində quldurluq etmiş dəstə üzvləri A. Şirinov 12 il 6 ay, Y. Qasımov 12 il 6 ay, S. Hüseynov 10 il, Z. Bağırzadə 11 il, C. Hümbətov isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Onlar Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 155 ünvanında yaşayan, 1952-ci il təvəllüdlü Zəridə Yunusovanın yaşadığı evə girmiş 2 maskalı şəxs onun əl və ayaqlarını iplə bağlayaraq döyüb, mənzildən 65000 manat və 15000 manat dəyərində qızıl əşyalar aparıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Bakı şəhər sakini Süleyman Hüseynov, Babək rayon sakinləri Yaqubar Qasımov, Amil Şirinov və Ağdam rayon sakini Zemfira Bağırzadə tutulublar.
Z. Yunusova Azərbaycan Dövlət Dillər Universitetinin (ADU) keçmiş rektor əvəzi Dünyamin Yunusovun həyat yoldaşıdır.