-
- 21-10-2019, 12:08
- 899
Bakıda bir qrup şəxs qadının evinə basqın etdi – VƏHŞİCƏSİNƏ DÖYDÜLƏR
Bakıda quldurluq etdiklərinə görə tutulmuş və məhkəmənin hökmü ilə məhkum edilmiş dəstə üzvləri Ali Məhkəməyə müraciət edib.
News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.2-ci (quldurluq, zərərçəkmiş şəxsə xəsarət yetirməklə) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum edilən Həsənov Şamxal Fəqani oğlu və Muradov Əfləddin Qulaməli oğlu Ali Məhkəmədən işə yenidən baxmasını və barələrindəki hökmün dəyişdirilməsini xahiş ediblər. Müraciətə hakim Şahin Yusifovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, məhkəmənin hökmü ilə Əfləddin Muradov 13 il 6 ay, Şamxal Həsənov isə 12 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, Binəqədi rayonunda dəstə üzvləri Dilarə Əhmədovanın evinə basqın edərək ona fiziki güc tətbiq etməklə bədən xəsarətləri yetiriblər.
Onlar mənzildən, əsasən, qızıl-zinət əşyaları olmaqla, ümumilikdə 11 min 376 manatlıq oğurluq ediblər.