Bilgəhdə dənizdə iki nəfər dənizdə batdı -birinin cəsədi tapılmadı
    • 14-07-2019, 18:01
    • 1 332

Bilgəhdə dənizdə iki nəfər dənizdə batdı -birinin cəsədi tapılmadı

Bilgəh çimərliyində batan şəxsin kimliyi məlum olub.

News24.az-ın məlumatına görə, həmin şəxs 1987-ci il təvəllüdlü Rəsulzadə İlham Tofiq oğludur.
Onun axtarışları hələ də davam etdirilir.
Bilgəh çimərliyində iki nəfər dənizdə boğulub.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu ərazidə axtarışlara cəlb olunub. Dənizdə batan iki nəfərdən biri xilas edilib.
Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası ona ilkin yardım göstərib. Vəziyyəti yaxşıdır.
Digər şəxsin axtarışları isə davam etdirilir