-
- 30-12-2024, 10:38
- 145
Daha bir təyyarə məcburi eniş etdi
Fərqanədən Moskvaya uçan “Aeroflot” aviaşirkətinə məxsus təyyarə sərnişinin səhhətinin pis olması səbəbindən Daşkənd beynəlxalq hava limanına məcburi eniş edib.
News24.az xəbər verir ki, bu barədə Özbəkistan Hava Limanlarının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Rusiyanın “Aeroflot” aviaşirkətinə məxsus SU1971 reysi ilə Fərqanə-Moskva reysi ilə uçan təyyarə Daşkənd hava limanına məcburi eniş edib, buna səbəb sərnişinlərdən birinin səhhətinin pis olmasıdır.
Mətbuat xidməti əlavə edib ki, təyyarə eniş etdikdən sonra 1954-cü il təvəllüdlü sərnişin olub Daşkənddəki tibb müəssisələrindən birinə insult şübhəsi ilə xəstəxanaya yerləşdirilib və Rusiya aviaşirkətinin təyyarəsi Moskvaya uçub.
Aynurə