Bakıdan havaya qalxan təyyarə TƏCİLİ ENİŞ ETDİ
    • 3-01-2020, 11:23
    • 1 197

Bakıdan havaya qalxan təyyarə TƏCİLİ ENİŞ ETDİ

Bakıdan Moskvaya uçan Rusiyanın “Aeroflot” şirkətinə məxsus təyyarə bu gün saat 07.40-da Volqoqrad hava limanına təcili eniş edib.

Rusiya vətəndaşı olan 54 yaşlı sərnişin bayılıb. Hava limanında təcili tibbi yardım heyəti tərəfindən ona yardım edildikdən sonra həmin şəxs özünə gəlib və xəstəxanaya çatdırılıb.

Təyyarə yoluna davam edərək mənzil başına gəlib. /report/