-
- 15-07-2019, 20:05
- 1 120
Günəş yanıqlarından necə qurtulmaq olar? -Üzə qulluq məsləhətləri
Mövsüm dəyişikliyi zamanı dəridə bir sıra dəyişikliklər baş verir. Ona görə də yayda üz dərisinə qulluq xüsusilə vacibdir, çünki həmin dövrdə dəri daha həssas, zəifləmiş və allergiyaya meyilli olur.
News24.az xəbər verir ki, dərinin təmizliyi çox vacib şərtdir, lazım gəlsə onu gündə iki dəfə - səhər və axşam yuyub təmizləmək lazımdır.
Üz dərisinin sağlamlığı üçün vacib olan məsələlərdən biri də sudur. Yazda içilən bol su dərini qurumağa qoymur. Yuxu rejimi də dəri üçün çox əhəmiyyətlidir, çünki yuxusuzluq dəriyə solğunluq və şişkinlik verir. Mövsümə uyğun meyvə-tərəvəz yeyilməsi də orqanizmi təmizləyir.
Kosmetoloqların dediyinə görə, günəş vannası qəbul ediləndə onun mənfi təsirləri nəzərə alınmalı, dəri yandırıcı şüalar və zərərli təsirlərdən qorunmalıdır.Bu səbəbdən yay fəslində edilən makiyajın bir sıra qaydalarına riayət etmək mütləqdir.
Bildirilib ki, isti aylarda dəri ilə əlaqədar şikayətlərin əksəriyyətini günəşdən yanma halları təşkil edir. Əgər dəridə yanıq hiss olunarsa, dərhal qabaqlayıcı tədbirlər görülməlidir. Bunun üçün, ilk növbədə, əl-üzü yumaq, soyuducudan buz götürüb üz dərisini soyutmaq tələb olunur. Bunların heç biri olmadıqda zərər görmüş nahiyəyə qatıq çəkilir və 20 dəqiqə saxlanıldıqdan sonra yuyulur.
Günəşdən yanma hallarında bitki yağları, xüsusilə gicitkən, itburnu və zeytun yağı da yaxşı təsir göstərir. Dəridə yaranan çillər, ləkələr də günəşin ultrabənövşəyi şüalarının təsirindən əmələ gəlir. Ona görə də yay aylarında dəriyə intensiv qaydada qulluq göstərilməlidir.
Faydalı maskaların ev şəraitində hazırlanması da mümkündür.Belə ki, iki qaşıq kəpək və bir qaşıq bal və ya bir qaşıq qaymaq qarışdırmaqla da sadə maska hazırlamaq olar.
Onu da qeyd etmək lazımdır ki, ümumiyyətlə mütəxəssislər isti havada makiyajdan daha az istifadə edilməsini məsləhət görürlər. Xüsusilə ağır tonlaşdırıcı kremlərin daha yüngülləri ilə əvəz olunması məqsədəuyğun hesab edilir.