-
- 15-07-2019, 21:02
- 734
“Megafon” Azərbaycandan üzr istədi
Rusiyanın mobil operatoru "Megafon" Azərbaycandan üzr istəyib.
News24.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə sözügedən şirkətinin mətbuat xidmətinin rəhbəri Yuri Mixalçuk bildirib.
"Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir. Bununla bağlı yanlışlığa yol vermişik. Bu səbəbdən üzr istəyirik", - deyə Yuri Mixalçuk qeyd edib.
Qeyd edək ki, "Megafon" öz saytında "Dağlıq Qarabağ"ı müstəqil dövlət kimi göstərərək, Qarabağ separatçıları üçün kommunikasiya xidmətləri təklif etdiyini açıqlamışdı.