Lüksemburqun İdman naziri Azərbaycandan üzr istədi
    • 4-10-2019, 00:13
    • 863

Lüksemburqun İdman naziri Azərbaycandan üzr istədi

Xəbər verdiyimiz kimi, Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Düdelanj" - "Qarabağ" matçında dronla meydanın mərkəzinə qondarma rejimin bayrağı gətirilib.
News24.az xəbər verir ki, erməni təxribatı ilə əlaqədar Lüksemburqun İdman naziri Dan Kerş Azərbaycan tərəfindən üzr istəyib.

Bu haqda məlumatı "Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimov verib.

O deyib ki, nazir klubun paltardəyişmə otağına gələrək üzr istəyib: Nazir dedi ki, bu təxribatdan onların xəbəri olmayıb. Buna görə üzr istədi və dedi ki, "Qarabağ”ı Azərbaycan ərazisi olaraq tanıyırlar”.