Azərbaycanda son üç günün hava şəraiti AÇIQLANDI
    • 16-07-2019, 17:43
    • 841

Azərbaycanda son üç günün hava şəraiti AÇIQLANDI

Azərbaycanda son üç gün ərzində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova News24.az-a bildirib ki, yaxın 3 gün ərzində Bakıda havanın temperaturunun dəyişməyəcəyi, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

O bildirib ki, bu günlərdə paytaxtda əsasən, axşam saatlarında mülayim şimal-qərb küləyi ilə əsəcək.

Gülşad Məmmədova qeyd edib ki, həmçinin bölgələrdə dolu yağacağı ehtimalı var:

"Ümumilikdə bölgələrdə temperatur 33-38, paytaxtda isə 30-35 dərəcəyə qədər yüksələcək".