Sentyabrın ilk günlərinə olan hava proqnozu
    • 29-08-2018, 20:00
    • 914

Sentyabrın ilk günlərinə olan hava proqnozu

Növbəti günlərdə ölkə ərazisində hava şəraitində dəyişiklik gözlənilmir. Bunu News24.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, sentyabrın əvvəlinə kimi ölkə ərazisində hava şəraiti sabit keçəcək:

“Əsasən, cənub-şərq küləyinin üstünlüyü müşahidə olunacaq. Yağmursuz hava olacaq. Havanın temperaturu paytaxtda 28-33, bölgələrdə 32-37, dağlıq ərazilərdə isə 20-25 dərəcə arasında dəyişəcək”.

Gülşad Məmmədova qeyd edib ki, Azərbaycanda anormal istilər müşahidə olunmayacaq.