Növbəti iki günün hava proqnozu açıqlanıb
    • 2-10-2018, 12:05
    • 898

Növbəti iki günün hava proqnozu açıqlanıb

Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və təbii Sərvətlər NAzirliyinin  Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova News24.az-a açıqlamasında bildirib ki, oktyabr ayının 3-4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir: “Mülayim çənub-şərq küləyinin üstünlüyü müşahidə olunacaq”.
G.Məmmədova qeyd edib ki, növbəti 2-3 gün ərzində havanın temperaturu 23-27 dərəcə arası dəyişəcək.

Onun sözlərinə görə, növbəti günlərdə ölkə ərazisinin əksər rayonlarında hava şəraitinin sabit və yağmursuz keçəcəyi gözlənilir: “Lakin ayın 3-dən etibarən bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı ehtimal olunur”.