"Əməliyyata girməliyəm, heç yerdə demirəm” - Azərin səs yazısı
    • 6-01-2025, 16:36
    • 106

"Əməliyyata girməliyəm, heç yerdə demirəm” - Azərin səs yazısı

Ötən gün vəfat edən aktyor Azər Baxşəliyevin səs yazısı yayılıb.

News24.az Milli.Az-a istinadla xəbər verir ki, "Günə bax" verilişində onun noyabrdakı səsli mesajı paylaşılıb. Sənətçi həmin səs yazıısnda bildirib:

"Əməliyyata girməliyəm. Heç yerdə demirəm, böyrək əməliyyatı olunmalıyam. Ona görə heç yerə, işə də getmirəm. İnşallah əməliyyata girim-çıxım, salamatlıq olsun gələcəyəm".