BMT Azərbaycanda heyvandarlıqla bağlı yeni LAYİHƏYƏ BAŞLADI
    • 17-07-2019, 11:24
    • 895

BMT Azərbaycanda heyvandarlıqla bağlı yeni LAYİHƏYƏ BAŞLADI

AQTA FAO ilə birlikdə yeni layihənin icrasına başladı. 

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birlikdə Azərbaycanda heyvan xəstəliklərinə nəzarətin təkmilləşdirilməsi məqsədi ilə milli potensialın gücləndirilməsi sahəsində yeni layihəyə start verir. Layihənin məqsədi endemik və ekzotik transsərhəd heyvan xəstəliklərinin qarşısının alınması, diaqnostikası və erkən təsbiti üçün Azərbaycanın müvafiq qururmlarının potensialının artırılmasıdır.

Təqdimat mərasimində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, FAO Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Xanım Mələk Çakmak, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, müvafiq beynəlxalq və yerli təşkilatların nümayəndələri iştirak ediblər.

Ölkədə insan və heyvan sağlamlığı, qida təhlükəsizliyi və kənd təsərrüfatı məhsullarının rəqabətliliyinin artırılmasına töhfə verəcək layihə çərçivəsində Milli Referans Laboratoriyası və 6 Regional Sınaq Laboratoriyalarının əməkdaşları, eləcə də bir sıra özəl və dövlət orqanlarında fəaliyyət göstərən baytarlar təlimlərə cəlb ediləcəklər.

Afaq Mirayiq
Foto-Fərid Şabanov