-
- 17-05-2019, 13:30
- 2 249
Abşeron yarımadası "Xəstəlikdən azad zona"ya çevriləcək
Abşeron yarımadasının pilot layihə çərçivəsində "Xəstəlikdən azad zona"ya çevrilməsi nəzərdə tutulur.
News24.az-ın xəbərinə görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
Onun sözlərinə görə, "xəstəlikdən azad zona" heyvan mənşəli zoonoz xəstəliklərdən azad olunur: "Bu, sadəcə pilot bir layidədir. Layihə Azərbaycanın bütün regionlarını əhatə edəcək".
Q.Təhməzli azad zonanın yaradılması üçün Abşeron yarımadasının seçilməsinin təsadüfi olmadığını söyləyib: “Beynəlxalq ekspertlər bizim yerli mütəxəssislərlə birlikdə layihəyə rəylərini veriblər. Rəylər əsasında Abşeron yarımadası azad zonanın yaradılması üçün müvafiq zona seçilib. Çünki burada köçəri heyvanlar az olduğuna görə xəstəliyin bir yerdən digər yerə daşınmaması əmsalı daha yüksəkdir. Burada bütün heyvanların izlənməsi həyata keçiriləcək".
Agentlik sədri onu da əlavə edib ki, layihə çərçivəsində həm də ölkəyə idxal olunan və ölkədə doğulan heyvanın ölüm anına kimi keçirdiyi bütün xəstəliklərin qeydiyyatı həyata keçiriləcək. Bu da bilavasitə ət və süd məhsullarının təhlükəsizliyinin təmin olunmasına imkan verəcək. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbaycan Dövlət Turizm Agentliyi (ADTA) ilə birlikdə istirahət zonalarında qida təhlükəsizliyinə nəzarət tədbirləri çərçivəsində monitorinqlər həyata keçirir.
AQTA sədrinin sözlərinə görə, yay mövsümü ilə əlaqədar həyata keçirilən tədbirlərin məqsədi istehlakçıları sağlam qida ilə təmin etməkdir: "Qida Təhlükəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutunun ekspertləri tərəfindən istirahət zonalarında nəzarət tədbirləri həyata keçirilir ki, istehlakçılarımız sağlam qida ilə təmin oluna bilsinlər. Ümumilikdə, isə qida təhlükəsizliyi ilə bağlı hər mövsümə uyğun spesifik tədbirlər planı icra edilir".
Q.Təhməzli əlavə edib ki, Azərbaycanda qida təhlükəsizliyi sahəsində elə bir sistem qurulmalıdır ki, qəbul etdiyimiz qidalar bizim üçün təhlükə yaratması: “Azərbaycanın bitkiçilik məhsullarının Avropa bazarlarına ixracı geniş vüsət alıb. Azərbaycan məhsullarının Avropa bazarlarına çıxması üçün mövcud olan tələblər beynəlxalq standartlara uyğundur:"Azərbaycanın məhsulları Avropa İttifaqı ölkələrinə asanlıqla ixrac olunur. Azərbaycanın bu sahədə verdiyi fitosanitar və sağlamlıq sertifikatları beynəlxalq qurumlar tərəfindən tanınır".
Q.Təhməzli Azərbaycanın qida təhlükəsizliyi sahəsində bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini də söyləyib.
Agentlik sədri onu da qeyd edib ki, ölkəmizdə ilk 7 il üçün qida təhlükəsizliyi üzrə dövlət proqramı qəbul edilib. Yaxın illərdə o, digər dövlət orqanlarının dəstəyilə mərhələlərlə həyata keçiriləcək.
Afaq Mirayiq