-
- 17-07-2019, 12:10
- 1 045
Abşeronda heyvan xəstəliklərindən azad zona yaradılır - AQTA sədri
AQTA heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi məqsədilə respublika üzrə müasir kəsim məntəqələrinin təşkil olunması istiqamətində 54 müraciətə baxıb və zəruri tədbirlər görülüb. Fəaliyyətə başladığımız dövrdən 8 ət kəsim məntəqəsi yaradılıb.
News24.az-ın məlumatına görə, bunu Azərbaycanda heyvan xəstəliklərinə nəzarətin təkmilləşdirilməsi məqsədilə milli potensialın gücləndirilməsi sahəsində start verilən yeni layihənin təqdimat mərasimində Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.
Onun sözlərinə görə, xəstəliklərin monitorinqi, o cümlədən, baytarlıq diaqnostikası sahəsində milli potensialın gücləndirilməsi layihəsi Azərbaycan üçün və bilavasitə qida təhlükəsizliyi sahəsində çox önəm daşıyan mövzudur.
Q.Təhməzli bildirib ki, AQTA beynəlxalq təcrübələrə əsaslanan heyvanların identifikasiyası və qeydiyyatı sisteminin yaradılması xəstəliklərin monitorinqinin aparılması, ölkədə müasir tələblərə cavab verən heyvan kəsin məntəqələrinin açılması istiqamətində mühüm addımlar atır:
"AQTA heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi məqsədilə respublika üzrə müasir kəsim məntəqələrinin təşkil olunması istiqamətində 54 müraciətə baxıb və zəruri tədbirlər görülüb. Fəaliyyətə başladığımız dövrdən 8 ət kəsim məntəqəsi fəaliyyətə başlayıb. Hazırda bir yeni heyvan kəsim məntəqəsi üzərində işlər gedir".
AQTA sədri qeyd edib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələbləri nəzərə alınmaqla ölkədə heyvan xəstəliklərinin azaldılması və heyvan mənşəli məhsullarının ixracının asanlaşdırılması məqsədilə heyvan xəstəliklərindən azad zonanın yaradılması istiqamətində tədbirlər görülüb:"Bildiyiniz kimi, beynəlxalq ekspertlərin, yerli mütəxəssislərin, beynəlxalq təşkilatların birgə gəldiyi ümumi rəyə əsasən, xəstəlikdən azad zona kimi pilot layihənin Abşeron yarımadasının götürülməsi məqsədəuyğun sayılıb. Müvafiq işlərimiz gedir, Abşeron yarımadasında heyvan xəstəliklərindən azad zonanın yaradılması ilə bağlı tədbirlər haqqında təklifləri hazırlayıb aidiyyəti üzrə təqdim etmişik".
Tədbirdə AQTA sədri Mərkəzi və regional labaratoriyaların transsərhəd heyvan xəstəlikləri üzrə texniki imkanların gücləndiriləcəyindən də danışıb.
O bildirib ki, layihə ölkəmiz üçün bir sıra əhəmiyyətli yenilikləri ilə yadda qalacaq: "Hazırda BMT- nin ərzaq və kənd təsərrüfatı təşkilatının Azərbaycan Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin AQTA ilə həyata keçirdiyi xəstəliklərin monitorinqi, o cümlədən baytarlıq diaqnostikası sahəsində milli potensialın gücləndirilməsi layihəsinin ölkəmizin baytarlıq sahəsinə böyük töhfələr verəcəyinə inanıram. Bu layihəyə iyulun 1-dən start verilib, 2020-ci ilin noyabr ayına qədər davam edəcək. Layihədə əsas diqqət trans-sərhəd heyvan xəstəliklərinin erkən aşkarlandırılması sistemlərinin təkmilləşdirilməsinə və xəstəlik ocaqlarına qarşı müvafiq tədbirlərin cəld görülməsinə yönələcək. Bu da nəticə etibarilə heyvandarlıq sektorunda xəstəliklərin törətdiyi iqtisadi zərəri azaltmaqla bu səhədə səmərələliyin artmasına xidmət göstərəcək. Layihə çərçivəsində trans-sərhəd heyvan xəstəliklərinin vaxtında və dəqiqliklə aşkarlanması üçün sahə nəzarəti sistemi yaradılacaq".
Q. Təhməzli onu da əlavə edib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının xırda buynuzlu heyvanların taun xəstəliklərinə yoluxmamaq üçün müəyyən etdiyi addımların həyata keçirilməsi istiqamətində işlər görüləcək: "Mərkəzi və regional labaratoriyaların trans-sərhəd heyvan xəstəlikləri üzrə texniki imkanları gücləndiriləcək. Bundan başqa, layihə çərçivəsində ölkəmiz üçün yüksək əhəmiyyət kəsb edən yarımintensiv ferma modeli nümunəsinin yaradılması nəzərdə tutulur. Eyni zamanda, qışlaq və yaylaq şəraitində südün ilkin emalı üçün mühitin yaradılması və südün posterilizasiya edilməsi üçün avadanlıqların alınması, yaylaq və qışlaq şəraitində regiona məxsus müxtəlif çeşidli tenderlərin hazırlanması planlaşdırılır. Eləcə də əsas prioritet məsələlərdən biri olan model sallaqxanalar yaradılacaq ki, bu da qışlaq və yaylaq şəraitində qida təhlükəsizliyi tələblərinə əməl etməklə heyvanların kəsiminin, cəmdəyin sifarişə uyğun hazırlanmasının, ətin ilkin emalının aparılmasına imkan verəcəkdir".
Afaq Mirayiq