Qurban Qurbanovdan qələbə ŞƏRHİ
    • 17-07-2019, 23:22
    • 699

Qurban Qurbanovdan qələbə ŞƏRHİ

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” birinci təsnifat mərhələsində Albaniyanın “Partizani” klubunu mübarizədən kənarlaşdırıb.


News24.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, qarşılaşmadan sonra açıqlama verən Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov 2:0 hesablı qələbəni şərh edib:


“İlk növbədə futbolçularımı təbrik edirəm. Onlar bu qalibiyyətə layiq idilər. Azarkeşlərə də bizə dəstək olduqları üçün “çox sağ ol” deyirəm. Ağır oyun oldu. Amma hamı üçün maraqlı keçdi. Dünən də demişdim ki, səbrli oynamalıyıq. Çox çəitn və bərk komandaya qarşı oynayırdıq. Bu gün də bunun şahidi olduq. Bəlkə də indiyədək ilk turlarda qarşılaşdığımız rəqiblər arasında ən çətini idi. Buna baxmayaraq, hər şey bizim tərəfimizdə oldu. Rəqibin oyununu da nəzərə almaq lazımdır. Futbolun özəlliyi də bundadır ki, bəzən oyunun sonlarında vurulan qollar daha gözəl olur”.