-
- Dünən, 16:27
- 111
Ər-arvad bir-birinə bıçaq və qazanla hücum ETDİ
Türkiyədə Maşallah Ö. (54) və həyat yoldaşı Vahide Ö. (52) cütlüyü arasında mübahisə davaya çevrilib.
News24.az xəbər verir ki, 3 uşaq anası Vahide Ö. mətbəxdən götürdüyü bıçaqla ərini başından və qolundan yaralayıb.
Ər Maşallah Ö. isə mətbəxdən götürdüyü qazanla arvadının başına zərbə endirib. Səs-küyü eşidən qonşuların xəbəri üzərinə hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib.
Polis qrupları tərəfindən davaya son qoyulan yaralı cütlük xəstəxanada müalicələrinin ardından ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb.
Eyni qrup avtomobilində polis bölməsinə aparılan cütlüyün bir-birindən şikayət etdiyi öyrənilib.
Günel Məlikzadə