-
- 18-07-2019, 11:38
- 1 177
Azərbaycanda qoyunçuluq sahəsində yaranan problemlərə BMT dəstək verəcək
Bu gün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) AR Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Dövlət Agentliyi ilə birgə qoyunçuluq sektorunun inkişafı üzrə maraqlı tərəflərin məsləhətləşmə toplantısı keçirilib.
News24.az-ın xəbərinə görə, seminarda FAO-nun Azərbaycandakı Tərəfdaşlıq Proqramının rəhbəri Namiq Məmmədov çıxış edib. O qeyd edib ki, seminarın məqsədi qoyunçuluq sektoru üzrə maraqlı tərəflərin məlumatlandırılmasıdır: "Seminar əsas maraqlı tərəfləri bir araya gətirərək dəyər zəncirinin bütün pillələrindəki məsələləri müzakirə etmək, bu sahədəki imkanları və məhdudiyyətləri ətraflı şəkildə başa düşmək və bu sahənin çox şaxəli inkişafına şərait yaratmaq məqsədi daşıyır. Son dövrlər Azərbaycanda qoyun əti ixracatında artım müşahidə edilir. Bu kənd təsərrüfatı məhsullarının ixracatı sektorunda cəlbedici məhsula çevrilib. Bununla yanaşı, Azərbaycanda qoyunçuluqla bağlı bəzi problemlər var.
Otlaq sahələrin azalması, ucuz yemə çıxışın çətinləşməsi, qəssab xammallarının az olması, yem məhsullarının (yun, dəri, içalat) əlavə dəyərinin yaradılmamasına gətirib çıxarıb. Təəssüflər olsun ki, bundan fermerlər ya məlumatsızdır, ya da bundan səmərəli istifadə etmir. Hazırda regionlarda fəaliyyət göstərən fermerlərin tövlə şəraitinin olmaması, qidalanma ilə əlaqədar olaraq hansı problemlərin mövcud olması sorğu nəticəsində araşdırılıb. Yerli mütəxəssislər tərəfindən çoxşaxəli araşdırma aparılıb. Bu seminarda səslənəcək təklif və fikirlər yekun hesabatda hökumətə təqdim ediləcək".
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və idarə olunması şöbəsinin müdir müavini İlqar İsmayılov layihənin icrası haqqında danışaraq qeyd edib ki, Azərbaycanda 8 milyon üç yüz min xırda buynuzlu heyvan var. Bunun 7.6 milyonu qoyunlardır: "Mövcud fəaliyyətimiz ənənəvidir, hər hansı texnologiya olsa da, bu sahə Azərbaycanda 70-80 ci illərin kənd təsərrüfatının inkişafına əsaslanan biliklərdən ibarətdir. Bu biliklər də, texnologiyalar da artıq köhnəlib. Faktiki olaraq 15 ildə malik olduğumuz sürü 15 faiz artıb. Bunun üçün təbii resurslar var, amma uzun müddətli istifadə bu resurların köhnəlməsinə səbəb olub. Bunların bərpası üçün əlavə tədbirlərin görülməsinə ehtiyac var. Bunu təmin etmək üçün müəyyən gəlirlər lazımdır".
Tədbirdə qeyd olunub ki, kənd təsərrüfatı sahəsinə dəstəyin gücləndirilməsi üzrə tədbir planının bir hissəsi olaraq, eləcə də FAO-nun kənd təsərrüfatı və ərzaq sahəsində qabaqcıl təcrübəsindən faydalanmaq üçün çoxtərəfli məsləhətləşmələr əsasında “Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi” layihəsi hazırlanıb. Bu layihə FAO-nun ölkə üzrə Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin prioritetlərinə uyğun olaraq çoxaltma və yemləmə strategiyalarının hazırlanması, heyvan sağlamlığı və transsərhəd xəstəliklərin idarəsi sahəsində mövcud olan çətinlikləri həll etmək, məhsulun bazar tələbatına əsasən hazırlanmasını təmin etmək üçün qoyunçuluq üzrə dəyər zəncirinin fəaliyyətini dayanıqlı şəkildə inkişaf etdirmək məqsədini daşıyır.
Afaq Mirayiq