"Azərbaycanda qoyun istehsalının aşağı olmasının səbəbı..." Mita Puncabidən AÇIQLAMA
    • 18-07-2019, 12:46
    • 1 028

"Azərbaycanda qoyun istehsalının aşağı olmasının səbəbı..." Mita Puncabidən AÇIQLAMA

«Azərbaycan dünyada qoyunların sayına görə 40 -cı yerdədir, amma istehsalına görə 28-ci yerdədir». 

News24.az-ın xəbərinə görə, bunu Dəyər Zənciri üzrə beynəlxalq məsləhətçi Mita Puncabi "Azərbaycanda Qoyunçuluq Dəyər Zəncirinin İnkişafı: 2025-ci ilə baxış" seminarında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, əslində bu rəqəmlər arasında fərqin olmasına səbəb kəsilən heyvanların sayının azlığı ilə bağlıdır. 

M. Puncabi onu da əlavə edib ki, Ağcabədi, Beyləqan, Bərdə bazarlarına hər həftə 10 mindən çox qoyun çıxarılır: «Bayram günlərində bu rəqəm 20 minə çatır. Bu bazarlara 3-4 aylıq quzular çıxarılır. Bunun səbəbi isə regionlarda otlaqların az olması ilə bağlıdır. Fermerlər heyvanları yedirə bilmədiklərinə görə qoyunların balalarını da kəsilir. Normalda isə bu yaş 7-8 ay olmalıdır. Bu, məhsuldarlığa təsir edir». 

M. Puncabinin sözlərinə görəölkədə 2 -3 min baytara ehtiyac var: «Gəncədə olan Dövlət Aqrar Universitetinin texniki bazası çox gözəl və möhkəmdir ki, bunu da dəyərləndirmək lazımdır".



Afaq Mirayiq