Zelenski oğluna qadağa qoyub - Həyat yoldaşım narahatdır
    • 18-07-2019, 21:42
    • 786

Zelenski oğluna qadağa qoyub - Həyat yoldaşım narahatdır

Ukrayna Prezidenti Vladimir Zelenski oğluna qadağa qoyub.


News24.az xəbər verir ki, o, bu barədə “Youtube”da yayımlanan “Prezidentlə səmimi” proqramında danışıb:

“Həyat yoldaşım hər şeyə ciddi yanaşır, narahatdır, öz qanunları var, amma yaxşı insandır. Qızım artıq Prezident olmağıma öyrəşib. Oğlum isə çox xoşbəxtdir. “Mən Prezidentin oğluyam” deyir, amma biz bunu başqalarına deməyi ona qadağan etmişik. İndi isə “Bilirsiniz mən kimin oğluyam?” deyir”.

Qeyd edək ki, Vladimir Zelenski aktyor olaraq məşhurlaşıb. O, bu il Ukraynanın Prezidenti seçilib.