-
- 19-07-2019, 12:53
- 1 219
Bu il 62 mindən çox şəxsə peşəyönümü məsləhət xidməti göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran vətəndaşlar və gənclər üçün peşəyönümü tədbirlərinin təşkili davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, cari ilin 6 ayı ərzində respublika üzrə 62 min 529 vətəndaş bu tədbirlərə cəlb olunub.
Onlara əmək bazarında mövcud vəziyyət və tələb olunan peşə və ixtisaslar barədə məlumatlar, əmək bazarının tələblərinə uyğun düzgün peşə seçiminə dəstək məqsədilə məsləhətlər verilib. İştirakçılar Dövlət Məşğulluq Xidməti tərəfindən göstərilən məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri barədə də məlumatlandırılıb.
Peşəyönümü xidmətinin əsas hədəf qrupları rayon (şəhər) Məşğulluq Mərkəzlərində qeydiyyatda olan işaxtaran və işsiz vətəndaşlar, orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qrupları, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alanlar, orta-ixtisas və ali təhsil müəssisələrinin tələbələridir.