-
- 25-10-2019, 10:45
- 820
73 mindən çox vətəndaşa peşəyönümü məsləhət xidməti göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran vətəndaşlar və gənclər üçün peşəyönümü tədbirlərinin təşkili işləri davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, cari ilin ötən dövrü ərzində respublika üzrə 73 min 568 vətəndaş bu tədbirlərə cəlb olunub. Onlardan 32 minə yaxını qadınlardır.
Peşəyönümünə cəlb olunan şəxslərə əmək bazarında mövcud vəziyyət və tələb olunan peşə və ixtisaslar barədə məlumatlar verilib. İştirakçılara düzgün peşə seçiminə dəstək məqsədilə məsləhət xidmətləri göstərilib. Onlar Dövlət Məşğulluq Xidməti tərəfindən göstərilən məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri barədə də məlumatlandırılıb.