
-
- 15-01-2025, 04:07
- 342
Bu ölkə yox olacaq - Putinin köməkçisi
Moldovanın Rusiya Federasiyasına qarşı yönəlmiş siyasəti respublikanın mövcudluğunu dayandırması ilə nəticələnə bilər.
News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev deyib.
“Kişinyovun aqressiv anti-Rusiya siyasəti Moldovanın ya başqa dövlətin bir hissəsinə çevrilməsinə, ya da ümumiyyətlə mövcudluğunu dayandırmasına gətirib çıxaracaq" - Patruşev deyib.
Onun sözlərinə görə, Ukrayna buna nümunə ola bilər.