Mətanət Manafova vəfat etdi

Mətanət Manafova vəfat etdi Hadisə

Bakıda fəaliyyət göstərən bir sıra mağazaların sahibi, Respublika Sahibkar Qadınlar Birliyinin üzvü, iş adamı Mətanət Manafova vəfat edib.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, 50 yaşlı M.Manafova xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, M.Manafova həm də təlimçi kimi tanınırdı. O, əsasən kosmetoloji məhsulların satışının təşkili ilə məşğul olurdu.