"Xaricdən heç bir işçi gətirməmişik" - MOK
    • 20-07-2019, 10:52
    • 606

"Xaricdən heç bir işçi gətirməmişik" - MOK

Bakıda Avropa Gənclər Olimpiya Festivalının  media brifinqi start götürüb.

News24.az xəbər verir ki, Media Əməliyyatları şöbəsinin rəhbəri Kamran Talıbov,  Milli Olimpiya Komitəsinin (MOK) Beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırovun iştirak etdiyi brifinqdə Avropa Gənclər Olimpiya Festivalının texniki tərəfləri barədə məlumat verilib.

A.Bağırov tədbirdəki açıqlamasında festivalla bağlı rəqəmləri qeyd edib:  "Avropa Gənclər Olimpiya Festivalında 48 ölkə iştirak edir. 2700 dən çox idmançı Bakıya gəlir. Komandaların yarısı Atletlər kəndində baş tutacaq. Eyni zamanda da paytaxtımıza 700 dən çox komanda rəsmisi təşrif buyurub. Təşkilat komitəsi 17 qurumla işləyir. 12 yarış arenası var və məşq üçün 13 məkan ayrılıb. 10 idman növündə yarışacaq idmançıların 52 faizi oğlan, 48 faizi isə qızlardır. 135 medal  mükafarlandırması mərasimi keçiriləcək. İdmançılar üçün 930-dan çox medal hazırlanıb. Həmçinin 175-dən çox dopinq test götürüləcək".

A. Bağırov onu da bildirib ki, əməliyyat komitəsində 500 nəfər işləyir: "Biz, xaricdən heç bir işçi gətirməmişik. Bununla da fəxr edirik. Festival zamanı 2500 dən çox könüllü iştirak edəcək. 5000 şagird "Olympic Culture Education" layihəmizə qatılıb. 20 mindən çox akkreditasiya çap olunub və hələ də davam edir. Festivalın gedişatı üçün 325 nəqliyyat vasitəsi ayrılıb. Bu nəqliyyatlar atletlər və rəsmilər üçün nəzərdə tutulub".