Prezidenti İlham Əliyev Belçikalıların Kralı Filippi TƏBRİK ETDİ
    • 20-07-2019, 14:53
    • 740

Prezidenti İlham Əliyev Belçikalıların Kralı Filippi TƏBRİK ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Belçikanın milli bayramı münasibətilə Belçikalıların Kralı Əlahəzrət Filippi təbrik edib. 
News24.az
-ın məlumatına görə, təbrik məktubunda deyilir: 

"Belçikanın milli bayramı münasibətilə Sizi və bütün belçikalıları öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim sülh və rifah arzulayıram".