-
- 20-07-2019, 15:35
- 1 403
“Akkord”da nə baş verir? SAKİNLƏR TƏŞVİŞDƏ
“Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən Akkord “Uğur 2” yaşayış kompleksində söküntü gedir. İki gündür binaya qaz da vermirlər”.
Bunu News24.az-a Akkord sakinləri öz şikayətlərində bildiriblər. Onların sözlərinə görə, ərazidə yaşamaq dözülməz səviyyəyə çatıb: “Binada söküntü aparılır. Bu isti-qiyamətdə evə qısılıb qalmışıq, nə özümüz, nə də uşağımız həyətə çıxa bilmir. Bizi həyətdən, açıq havadan məhrum eləyiblər. Bu bəs deyil, iki gündür qazı da kəsiblər. Vallah, burdan ev almağımıza peşman olmuşuq”.
Şıkayətçilərin dedikləri ilə bağlı Sabunçu rayon Qaz idarəsi ilə əlaqə saxladıq.
Qurumdan News24.az-a ərazidəyə qaz verilməsinin dayandırıldığı təsdiqlənib: “ Orta təzyiqli qaz xəttinə su dolub. Bu səbəbdən dünəndən orda qazın verilişi dayandırılıb. Bu gün problem həll olunacaq və binalar qazla təmin ediləcək. Amma bu saat neçəyədək davam edəcək, deyə bilmərik. Çünki orda iş çoxdur”.
Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasından isə News24.az-a daxil olan şikyətlərə belə aydınlıq gətirildi: “Təşvişə düşəcək bir səbəb yoxdur. Binanın "alkopon" materialdan olan üzlükləri yanğına davamlı olmadığına görə sökülür. Bu, əhalinin təhlükəsizliyi naminə edilir. O ki qaldı yayda sökülməsi məsələsinə, bununla bağlı Fövqəlada Hallar Nazirliyindən bizə yaxın vaxtlarda göstəriş verilib ki, evlərə çıxarış verilməsi, dövlət reyestrindən keçməsi üçün "alkopon"lar sökülməlidir. Şirkət özbaşına qərar verməyib”.
Söhbət əsnasında qurumdan kupçaların nə zaman veriləcəyi məsələsinə də münasibət bildirilib: “Abşeron gənclər şəhərciyində kupçaların verilməməsinə səbəb qazlaşmamış bir neçə mənzilin olmasıdır. Bakıxanov qəsəbəsindəki “Uğur 2” yaşayış kompleksində isə özəlləşdirmə sənədi alkoponların sökülməsi tamamlanandan sonra ilin sonunadək veriləcək”.
Afaq Mirayiq