Bərdədə ticarət obyektində yanğın baş verib 500 min ziyan dəyib
    • 21-07-2019, 12:19
    • 1 123

Bərdədə ticarət obyektində yanğın baş verib 500 min ziyan dəyib

Bərdə şəhərinin Üzeyir Hacıbəyov küçəsində güclü yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən News24.az-a bildiriblər ki, hadisə nəticəsində ümumi sahəsi 2 min kvadratmetr olan, bir dam altında bir-birinə bitişik tikilən, müxtəlif təyinatlı obyektlərin (qalayçı sexi və mebel mağazaları) 590 kvadratmetri yanıb. 

Bir anda başlayan yanğın qısa zamanda 12 mağazanı kül edib.

Tikililərin qalan hissəsi və yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sahibkarların sözlərinə görə, yanğın nəticəsində onlara təxminən 500 min manatadək ziyan dəyib.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.