-
- 21-07-2019, 12:58
- 1 565
Üzərliksən, davasan… Evdə üzərlik yandırmağın FAYDASI
Mifologiya və inanclarda üzərliyə olan inam onun bəd nəzərdən qoruması ilə bağlıdır. Bəlkə də buna görə az qala hər evdə bu bitkiyə rast gəlmək mümkündür, qara qüvvələri qovmaq və bəd nəzərdən sovuşmaq üçün çox vaxt onun gücünə bel bağlayırlar. Bitkinin yumru toxumları qırılır, bir qədər sarımsaq qabığı və duzla birlikdə ocaqda qızdırılmış dəmir parçasının üzərinə atılır. El arasında yayılan inama görə, üzərliyin tüstüsü, eləcə də ocaq üzərinə tökülən duzun yanması bəd nəzərin, kiməsə toxuna biləcək sədəmənin qarşısını alır. Əslində isə üzərlik yandıqca tərkibində olan maddələr insana xoş əhvali-ruhiyyə bəxş edir.
News24.az xəbər verir ki, orta əsr mənbələrində üzərliyin xassəcə isti və quru olduğu, bədəni isti saxladığı, yuxu gətirdiyi, bronxlardan bəlğəmi çıxardığı, bağırsaqlardakı qaz qovmağı və qanı durulaşdırdığı barədə məlumatlar var. Döş, mədə-bağırsaq, ürəkkeçmə və s. xəstəliklərin müalicəsində istifadə edilir.
Xalq təbabətində ondan geniş istifadə edilir. Toxumu əzilərək isti su ilə qarışdırılır, alınan kütlənin isti-isti bədənin xəstə nahiyələrinə qoyulması ağrını kəsir. Əzilmiş kütlənin sidik kisəsi üzərinə qoyulması və 12 qram üzərlik toxumunun şəkərlə qarışdırılıb içilməsi sidik göynəməsini aradan qaldırır.
Toxumu sirkədə qaynadılandan sonra alınan maye ilə bədəni ovmaq xeyirlidir. Sidik yolları tutulanda üzərliyin şüyüd və aptek çobanyastığı ilə birlikdə dəmləməsi yaxşı nəticə verir.
Tüstüsü diş ağrısının qarşısını alır. Üzərliyin kətan toxumu və balla qarışdırılıb qəbul edilməsi astma xəstəliyi zamanı çox xeyirlidir.
Üzərliyin kökündən hazırlanan dəmləmə sinir sisteminə sakitləşdirici təsir göstərir.
Üzərliyin qaynadılmış suyu saçı qaraldır, toxumunun dəmləməsi sidiyə çətin getməni asanlaşdırır, sulu dəmləməsi revmatizm xəstəliyində oynaqlara yığılan duzları təmizləyir.