
-
- 23-01-2025, 18:22
- 450
Rusiyada azərbaycanlılara qarşı əməliyyat
Rusiya Federal Təhülkəsizlik Xidmətinin əməkdaşları Tver vilayətində azərbaycanlılara qarşı əməliyyat keçirib.
News24.az Modern.az-a istinadla xəbər verir ki, Rusiya Milli Qvardiyasının əsgərləri və digər hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı Azərbaycan vətəndaşı olan 6 nəfər saxlanılıb.
Onların uzun müddət ərzində aksizi olmayan tütün və spirtli içki məhsullarının ticarəti ilə məşğul olduğu iddia edilib.
Məlumata görə, əməliyyat çərçivəsində müsadirə edilən məhsulların ümumi dəyəri 1 milyon rubl olaraq qiymətləndirilir.