Hərbçilərimiz beynəlxalq yarışa hazırlaşır - FOTO - VİDEO
    • 22-07-2019, 13:02
    • 745

Hərbçilərimiz beynəlxalq yarışa hazırlaşır - FOTO - VİDEO

Avqustun 3-dən 17-dək “Beynəlxalq Ordu Oyunları-2019” çərçivəsində keçiriləcək müxtəlif müsabiqələrdə iştirak edəcək Azərbaycan Ordusunun hərbi qulluqçularının hazırlığı davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, “Tank biatlonu” və “Snayper həddi” müsabiqələrinə qatılan tank heyətləri və snayperlərin təlim poliqonunda hazırlıq məşqləri keçirilib.