
-
- 23-01-2025, 16:34
- 213
Qoca da Avropaya qayıtdı
Belçika millisinin sabiq üzvü Raca Nainqqolan karyerasını yenidən Avropada davam etdirəcək.
News24.az xəbər verir ki, 36 yaşlı futbolçu “Lokeren”ə transfer olunub. Nainqqolan ilə müqavilə mövsümün sonuna kimidir.
"Lokeren" hazırda Belçikanın 2-ci liqasında çıxış edir.
Raca ilinə 550 min avro qazanacaq, eyni zamanda hər qələbədə ona əlavə bonuslar veriləcək.
Qeyd edək ki, Racca son olaraq İndoneziyada “Bayanqkara” klubunda çıxış edib. O, daha əvvəl "Roma", "İnter", "Kalyari", "Antverpen" və SPAL-da da oynayıb.
Ağa Dadaşzadə