Jurnalistlər Atletlər Kəndində - REPORTAJ-VİDEO
    • 22-07-2019, 13:38
    • 689

Jurnalistlər Atletlər Kəndində - REPORTAJ-VİDEO

XV Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində Atletlər kəndinə media tur təşkil olunub.
News24.az xəbər verir ki, yarışlarda iştirak edən idmançıların yerləşdirildiyi Atletlər kəndinin 6 binası məhz bu yarışlar üçün ayrılıb.

Kənddə idmançılar üçün mağaza, tibb mərkəzi, böyük və kiçik yeməkxanalar, istirahət mərkəzi, koordinasiya və yarış nəticələri üçün mərkəz, şikayət və təkliflər mərkəzi, çamaşırxana, dopinq mərkəzi yaradılıb.

Bakıya yeni gələn atletlər isə 10-cu binaya yaxınlaşaraq orada yaradılmış qeydiyyat mərkəzinə müraciət etdikdən sonra qalacağı binaya yerləşdirilir.

Avropa Gənclər Yay Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilir. Bu festivalda 14-18 yaş arası gənc idmançılar iştirak edir.

Teymur Məmmədov
Foto/Video-Fərid Şabanov