Astarada bacı-qardaş 7 aydır küçədə yaşayır – FOTO
    • 24-01-2025, 15:37
    • 338

Astarada bacı-qardaş 7 aydır küçədə yaşayır – FOTO

Artıq 7 aydır ki, evlərindən məhrum olan astaralı bacı-qardaş küçədə, yarımtikililərdə, hətta meşədə yaşamaq məcburiyyətindədir.

News24.az Cənublu.az-a istinadla xəbər verir ki, söhbət Astara rayonunun Kolatan kənd sakinləri – 28 yaşlı Qəmər Məmmədova və qardaşı, 30 yaşlı Mahir Sabirlidən gedir. Onlar 2024-cü ilin iyun ayında anaları vəfat etdikdən sonra ikinci dəfə ailə quran ataları tərəfindən evdən qovulublar.

Bu gün isə Qəmər və Mahir Şiyəkəran kəndində sakinlər tərəfindən yarımtikilidə aşkarlanıb. Məlum olub ki, bacı-qardaş artıq 4 gündür bu yarımtikilidə yaşayır.

Kənd sakinləri bildirib ki, artıq evsizlərin sığınacaqda yerləşdirilməsi üçün aidiyyəti orqanlara müraciət edilib.