-
- 22-07-2019, 19:32
- 1 114
Çay içmək ürəyi qoruyur
Gündə bir fincan çay içmək ürək fəaliyyətinə müsbət təsir göstərir. News24.az "Arqumenti i faktı" qəzetinin “Zdorovye” əlavəsinə istinadən xəbər verir ki, ABŞ-dakı Baltimor səhərində Con Hopkins xəstəxanasının həkimləri araşdırmalar nəticəsində belə qənaətə gəliblər ki, gündə heç olmasa bir fincan çay içənlərdə ürək-damar xəstəliklərinə üçdəbir dəfə az rast gəlinir. Çay içmək ürəyin koronar damarlarını kalsium yığıntılarından qoruyur.