Binəqədidə 26 oğurluq faktının üstü açıldı – 2 DOST HƏBS EDİLDİ
    • 23-07-2019, 14:53
    • 887

Binəqədidə 26 oğurluq faktının üstü açıldı – 2 DOST HƏBS EDİLDİ

Binəqədi rayonunda çoxsaylı oğurluq əməlləri törətmiş şəxslər tutulub.

News24.az-ın məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlar rayonda 26 şəxsə qarşı oğurluq etmiş Rəşad Əhmədovla dostu Eldəniz Əzimovu yaxalayıb.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 177.2.1-ci, yəni oğurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə iş açılıb. Artıq hər iki şəxsə maddə üzrə ittiham elan edilib.