Xırdalanda gənc oğlandan qadınlara qarşı cinayət -Qurbanlarını seçirmiş
    • 21-07-2019, 11:22
    • 817

Xırdalanda gənc oğlandan qadınlara qarşı cinayət -Qurbanlarını seçirmiş

Abşeron rayonunda çoxsaylı oğurluq əməlləri törətmiş şəxsə cinayət işi açılıb.
News24.az-ın məlumatına görə, Abşeron Rayon Polis İdarəsində 3 qadının şikayəti əsasında Abdullayev Anar Təhməz oğluna  Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, yəni oğurluq-təkrar törədildikdə maddəsi ilə cinayət işi açlıb.
Məlum olub ki, A.Abdullayev oğurluq edəcəyi yerləri və şəxsləri əvvəlcədən seçirmiş. Onun qurbanlarının hamısı qadınlardır.