
-
- 28-01-2025, 17:54
- 352
Əfsanəvi musiqiçi dünyasını dəyişdi
Yapon musiqisinin əfsanəsi Kazuyoshi Akiyama musiqini tərk etdikdən 5 gün sonra vəfat edib.
News24.az xəbər verir ki, Yapon orkestrinin dirijoru Kazuyoshi Akiyama yanvarın 23-də musiqidən getdiyini açıqlayıb. Əfsanəvi musiqiçi bu gün dünyasını dəyişib.
Akiyamanın sətəlcəm səbəbiylə Tokiodakı xəstəxanada vəfat etdiyi açıqlanıb.
84 yaşında dünyasını dəyişən Akiyama 1941-ci ildə Tokioda anadan olub. O, sabah doğulduğu şəhərdə dəfn olunacaq.
Ağa Dadaşzadə