-
- 23-07-2019, 16:35
- 1 039
Ağstafada top mərmisi və qumbara TAPILDI
2019-cu il 23 İyul tarixində saat 12:13-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, Poylu kəndi ərazisində 3 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) News24.az-a verilən məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Ağstafa rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə məişət tullantıları sahəsinə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 4 ədəd təlim məqsədli mərmilər(1 ədəd 100 mm-lik top mərmisi(BR-412),1 ədəd 85 mm-lik top mərmisi(BR-365K),1 ədəd 82 mm-lik minaatan mərmisi(OF-832) və1 ədəd 30 mm-lik silah qumbarası(VUS-17)) aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.
Mərmilərin ətrafında 250 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
ÜmumilikdəAgentlik tərəfindən01 yanvar – 23 iyul 2019-cu il tarixlərində 145 siqnal (əməliyyat çağırışı) əsasında124 operativ və təxirəsalınmaz əməliyyat çıxışıolmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Xocavənd, Qazax, Quba, Lənkəran, Salyan, Samux, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Yevlax, Lənkəran, Naftalan şəhərləri ərazisində 9 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilmiş,1 679 ədəd partlamamış hərbi sursat(PHS),18 630 ədəd müxtəlif çaplı patron,11 ədəd piyada əleyhinə mina,18 ədəd tank əleyhinə minavə30 ədəd tank əleyhinə təlim məqsədli mina zərərsizləşdirilmiş, 128 845 kv.m ərazi yerüstü və8 657 kv.m ərazi yeraltı yoxlanılmışdır.